Ən qədim insanın ölüm səbəbi tapıldı

smi-icemen-stomach-bugs-ancient-human-migration-72e212df-jpg-885x497_q90_box-01481366916_crop_detailElm adamları dünyanın ən qədim insan skeleti üzərində apardıqları araşdırmalardan sonra maraqlı nəticəyə gəliblər.

Milli.Az moderator.az-a istinadən bildirir ki, müasir elmə bəlli olan ən qədim insan skeletinin 3,18 milyon yaş var. Alimlərin şərti olaraq Luzi adlandırdıqları skelet Efiopiya ərazisində tapılıb. Alimlər müasir elmin texniki imkanlarından istifadə edərək skeleti bir daha tədqiq ediblər. Nəticədə üç milyon ildən çox tarixi sirr üzə çıxıb. Dünyanın elmə bəlli olan ən qədim insanı ağacdan yıxılaraq dünyasını dəyişib.

Tədqiqatlara rəhbərlik edən Texas Universitetinin professoru, antropoloq Con Kappelman da faktı təsdiqləyib. O dünya elminin bildiyi ən qədim insanın ağacdan yıxılandan sonra aldığı zədələr nəticəsində dünyasını dəyişdiyini deyib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.