2017-ci ildə AMEA-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi tədbirlərin planı hazırlanır

2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi qurultayların, simpoziumların, konfransların və seminarların planını hazırlamaq məqsədilə: 1. AMEA-nın elmi müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, 2017-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi qurultayların, simpoziumların, konfransların və seminarların keçirilməsinə dair təkliflərini müəyyən olunmuş formada (əlavə 1) elektron variantı ilə birlikdə 2016-cı il sentyabrın 30-dək müvafiq elmi bölmələrə təqdim etsinlər. 2. Nəzərə alınsın ki, beynəlxalq tədbirlər haqqında məlumatlar həmçinin rus və ingilis dillərində təqdim olunmalıdır (əlavə 2, 3). 3. Elmi bölmələrə tapşırılsın ki, təqdim olunmuş təkliflər müzakirə edilərək bölmə üzrə qəbul olunmuş tədbirlərin planı 2016-cı il oktyabrın 20-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilsin. 4. Elm və təhsil idarəsinə (texnika üzrə elmlər doktoru Əminağa Sadıqov) tapşırılsın ki, elmi bölmələrdən daxil olmuş planlar əsasında 2017-ci ildə AMEA-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi tədbirlərin ümumi planı hazırlanıb 2016-cı il noyabrın 10-dək AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilsin.

(Visited 1 times, 1 visits today)