Çinin Sian Neft Universitetinin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı universitetin fəaliyyəti, burada təhsil alan əcnəbi tələbələrin, o cümlədən çinli gənclərin təhsili üçün yaradılan imkanlar barədə məlumat verib.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirən Sian Neft Universitetinin rektoru Say Yun Syü ADNSU-nun tədris təcrübəsindən faydalanmaq istədiklərini vurğulayıb.
Sonra əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Universitetlər arasında əməkdaşlığa dair müqavilə imzalanması qərara alınıb.
(Visited 1 times, 1 visits today)