Akademik Fikrət Əliyev beynəlxalq konfranslarda məruzələrlə çıxış edib

7-10 sentyabr 2016-cı il tarixlərdə Qazaxıstanın Almatı şəhərində akademik T.S. Kalmenovun 70 illiyinə həsr olunmuş “Analiz və tətbiqi riyaziyyat” beynəlxalq konfransı keçirilib. Tədbirdə ölkəmizi Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev təmsil edərək, “Qazlift prosesində hidravlik müqavimət əmsalının tapılması üçün asimptotik üsul” adlı məruzə ilə çıxış edib.

Alim, həmçinin sentyabrın 10-da Qazaxıstan Elmlər Akademiyasının Riyaziyyat və Riyazi Modelləşdirmə İnstitutunda keçirilən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin idarə heyətinin iclasında iştirak edib.

İclasda Cəmiyyətin növbəti 6-cı Konqresinin 2-5 oktyabr 2016-cı il tarixlərdə Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alınıb.

13-16 sentyabr 2016-cı il tarixlərdə isə akademik F.Əliyev Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Rusiya Elmlər Akademiyasının müxbir üzvü, akademik M. İmanəliyevin 85 illiyinə həsr olunmuş “Riyaziyyatda asimptotik, topoloji və kompüter metodları” beynəlxalq konfransında da iştirak edib. O, tədbirdə “Dinamik sistemlərdə identifikasiya məsələlərinin həlli üçün asimptotik həll üsulları” adlı plenar məruzə ilə çıxış edib.

(Visited 1 times, 1 visits today)