AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları Gürcüstanda keçirilən regional seminarda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Natəvan Cəfərova və Elvin Əmrahov sentyabrın 21-22-də Gürcüstanda qəza riskinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş regional seminarda iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd Avropa Şurasına üzv dövlətlərin qabaqcıl təcrübəsinə əsaslanaraq qəza riskinin (meşə yanğınları, sürüşmələr, ekstremal iqlim şəraiti və zəlzələlər) elmi əsaslarla, metodoloji qiymətləndirilməsi və onun tərəfdaş ölkələrdə fəal praktik istifadəsinə başlanılmasıdır.

Seminar iştirakçıları ölkələrinin bu sahədə əldə etdikləri nəticələri bölüşüb və fikir mübadiləsi aparıblar.

Tədbirdə gənc alimlərimizə sertifikatlar təqdim olunub.

(Visited 1 times, 1 visits today)