Amerikalı tələbələr Azərbaycan Dillər Universitetində türk dilini öyrənəcəklər

Sentyabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Turkish Flagship” proqramı üzrə türk dilini öyrənəcək beş amerikalı tələbə ilə görüş keçirilib.

ADU-dan bildiriblər ki, amerikalı tələbələr proqram çərçivəsində 10 ay ərzində universitetdə türk dilini, türk xalqlarının tarixini, mədəniyyətini öyrənəcəklər, həmçinin Bakının tarixi abidələrini, muzeylərini və digər görməli yerlərini ziyarət edəcəklər. Proqramın universitet üzrə rəhbəri, ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribovadır.

Görüşdə “Turkish Flagship” proqramının universitet üzrə əlaqələndiricisi Ramiqə Şirəliyeva ali təhsil müəssisəsinin tarixi, strukturu, fakültələri, tədris prosesi, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.

(Visited 1 times, 1 visits today)