“Apple” “iOS 10”-u təqdim etdi

iphone-7-conceptSentyabrın 13-də “Apple” şirkəti smartfon və planşetlər üçün yeni “iOS 10” əməliyyat sistemini təqdim edib.

7News.Az-ın xəbərinə görə, bu barədə şirkətin rəsmi saytında məlumat verilir.

Əsas dəyişiklik “iMessage” proqramında edilib. Buraya stikerlər və animasiyalı mesajlar əlavə olunub. Bundan əlavə mesajlarda sözləri müvafiq simvollara dəyişmək olar.

“Apple” həmçinin görünməyən mesajlar funksiyasını ekranda çıxarıb. Qısa mesajları isə “Tapback” funksiyası vasitəsilə göndərmək olar.

Yeni “iOS”-da mesajlarda əlavə foto və videonun üzərində şəkil çəkmək olar.

Yeni “iOS”-da birbaşa bildiriş mərkəzindən foto və videonu açmaq, həmçinin ismarıclara cavab vermək mümkün olacaq. Bundan əlavə, vicetlər bloka salınmış ekranda da görünəcək.

Qeyd edək ki, telefonun ilk kodunu bilməyən şəxslərin “iOS 10”-u yeniləməsi məsləhət görülmür.