Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 9,2% artıb

Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1070,7 mln. manatlıq xidmətlərin 72,2%-i əhali sektoruna aid olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin həcmi 9,2% artıb.

Bu sahədə əldə edilən gəlirin 81,3%-i qeyri-dövlət sektorunun payına düşüb.