Azərbaycanın 3 ən reytinqli universiteti –”Quacquarelli Symonds”in siyahısı

default

Azərbaycanın üç ali məktəbi Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkətinin versiyasına görə 2016/17-ci illər üçün dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşüb. 

Reytinqə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər Universitetidaxil olub. Hər üç universitet reytinqdə səkkizinci yüzlüyə düşüblər.

Reytinqə ABŞ-ın üç ali məktəbi – Massaçusets Texnoloji Universiteti, Stenford Universiteti və Harvard Universiteti liderlik edir. İlk onluğa Britaniyanın məşhur universitetləri – Oksford və Kembric daxil olub.

Reytinqdə həmçinin Türkiyənin 11, İranın isə 5 ali məktəbi daxil olub. Ermənistan və Gürcüstan universitetləri reytinqə daxil edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.