Azərbaycanlı alim beynəlxalq konqresdə plenar məruzə edib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutununXloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov 12-16 sentyabr 2016-cı il tarixlərdə Ukraynanın Odessa şəhərində keçirilən “Orqanizmlərin ekspremental təkamülünün amilləri” mövzusunda beynəlxalq konqresdə iştirak etmiş, “Natrium xloridin bərk və yumşaq buğda genotiplərinin morfofizioloji proseslərinə və məhsuldarlığına təsiri” mövzusunda plenar məruzə etmişdir. Eyni zamanda alim Ukrayna Aqrar Elmləri Akademiysının Odessa şəhərində yerləşən Seleksiya və Genetika İnstitutunun seminarında çıxış etmiş, Azərbaycanda bu sahədə akademik C.Əliyevin rəhbərliyi altında görülmüş işlər haqqında məlumat vermişdir. İnstitutun alimləri ilə gələcək elmi əməkdaşlığa dair müzakirələr aparılmışdır.

(Visited 1 times, 1 visits today)