Dünyanı pulsuz gəzən səyahətçi Azərbaycanda


xsehay-jpg-pagespeed-ic-mg5brgafq6Özünü Vadam adlandıran kanadalı qeyri-adi səyahətçi Bakıya gəlib.

Akademik.az xəbər verir ki, qadın səyahətçi Trend-ə bildirib ki, səkkiz illik səyahəti ərzində dünyanın təqribən 15 ölkəsindən keçib.

Dağlar və meşələrdə səyahət edən Vadam qeyd edib ki, səyahət zamanı yalnız təbiətin verdiyi nemətlərə – meyvə, giləmeyvə, tərəvəzlə qidalanmağa üstünlük verir: “Piyada və avtostopla səyahət edirəm”.

O, barabanı ilə özünə qazanc əldə etdiyini deyir: “Sadəcə otururam və barabanda musiqi çalıram”.

Vadam Azərbaycanda çox müsbət enerjili mühit olduğunu əlavə edib: “Şəhərin arxitekturası və Bulvar çox xoşuma gəlir”.

 

(Visited 1 times, 1 visits today)