“Elektron Təhsil” respublika müsabiqəsi keçiriləcək

elektron-tehsilSentyabrın 19-da “Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə yolu ilə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Eyni zamanda, müəllimləri tədris prosesində informasiya–kommunikasiya texnologiyalarından (İKT) fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdir.

Üç istiqamət (müəllim, şagird və məktəb ) olmaqla, altı nominasiya üzrə keçiriləcək müsabiqə “Dr. Web”, “AZEDUNET”, “Ultra”, “Edumediya Azərbaycan”, “Nar” mobil operatoru və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqənin qaliblərinə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.

(Visited 1 times, 1 visits today)