Elm inkişaf edir, amma inanclara güvənənlər var

1337151301_x_0eecb0f9Gözmuncuqları, üzərliklər və ayrı-ayrı inanclarla bağlı müxtəlif aksesuarlar…

Bir çoxları bunların özünü, doğmalarını, sevimli əşyalarını ya da işini nəzərdən, göz dəyməsindən qoruduğuna inanır.

Bu inanc elm və texnologiyanın inkişafına rəğmən nəsildən-nəslə keçməyə davam edir. Hətta bəzək əşyaları kimi göz muncuqları hazırlanır və satılaraq gəlir əldə edilir.

Akademik.az  xezerxeber.com-a istinadən bildirir ki, satıcıların sözlərinə görə, bu əşyaların alıcıları da müxtəlifdir.

Psixoloqlar isə bildirirlər ki, gözmuncuğu ilə insanlar yalnız özünü psixoloji olaraq qane etməyə çalışır. Bununla belə ifrat halı almadığı müddətdə buna inanmağın psixoloji problemi yoxdur. Hətta bir çoxlarına aksesuarların müsbət təsiri ola bilər.

Dini nöqteyi-nəzərdən isə nəzər gerçəyi qəbul edilsə də muncuq, ya da bənzər aksesuarlar yersiz sayılır.

(Visited 3 times, 1 visits today)