Hackerləri Aldadan Möhtəşəm Sistem!

Hackerlərə qarşı hazırlanan yeni nəsil təhlükəsizlik sistemi hackerləri aldatmaq üzərinə hazırlanıb. Bəs hackerləri boş vaxt itkisinə gətirib çıxaran bu sistem necə işləyir?

Kiber dünyanın piratları olaraq göstərilən hackerlərə qarşı tamamilə təhlükəsiz bir sistemhələki istehsal edilməyib. Lakin texnologiyanın inkişafı sayəsində artıq təhlükəsizlik tədbirləri də ağıllı hala gətirildi. “Akademik.az”ın “TechWorm”a istinadən verdiyi xəbərə görə,Pensilvaniya Universiteti tərəfindən hazırlanan yeni nəsil təhlükəsizlik tədbirinin xüsusiyyətləri çox maraqlıdır.

Bu ağıllı sistem, sistemə gələn hər hansı bir hücumun olduğunu anladığı zaman hackeri yaradılmış saxta bir şəbəkəyə yönləndirir. Hackerin saxta bir bölgədə olduğunu anlamaması üçün isə şəbəkə və sistem haqqında lazımsız detalları hackerin bilməsinə icazə verir.

Sistem, tədqiqat mərhələsindəki bir hackerin bir neçə dəfə daha gələcəyini təxmin etdiyi üçün hackeri qara siyahıya əlavə edir və bir sonrakı hücumunda da eyni saxta şəbəkəyə yönləndirərək fərqli məlumatlar göstərir.

Ağlı qarışan hacker dəyişikliyin səbəbini başa düşməyə çalışarkən, sistem adminstratorunun bu vəziyyətdən xəbərdar olduğunu bilmədiyi üçün əlindəki zaman üstünlüyünü itirmiş olur.