İnstitutun şöbə müdiri BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının iclaslarında çıxış edəcək

escapAMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev 20-22 sentyabr 2016-cı il tarixlərdə Qazaxıstanın Almatı şəhərində keçiriləcək BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) iclaslarında iştirak edəcək.

Ə.Əliyevin UNESCAP-ın biliklər iqtisadiyyatı və İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin hədəfləri üçün dayanıqlı İKT üzrə regional seminarı və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramın (SPECA) Tematik İşçi qrupunun VIII sessiyasının bilik əsaslı inkişafa dair görüşündə iştirakı nəzərdə tutulub.

Beynəlxalq tədbirlərin keçirilməsində məqsəd İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2030-cu il üçün hədəfləri çərçivəsində qlobal şəbəkədə elektron dayanıqlılığın artırılması, İKT-nin fövqəladə hallar zamanı istifadəsinin daha səmərəli təşkili, təbii fəlakətlərin dövlətlər və biznes üzərində təsiri məsələlərinin müzakirəsidir.

Qeyd edək ki, tədbirlərdə iştirak edən nümayəndələr təmsil etdikləri ölkələrdə genişzolaqlı internet və təbii fəlakət risklərinin azaldılmasında İKT-nin roluna dair təqdimatlarla çıxış edəcəklər.

(Visited 1 times, 1 visits today)