“İnternet texnologiyaları və cəmiyyət” mövzusunda beynəlxalq konfrans keçiriləcək

6-8 dekabr 2016-cı il tarixlərdə Avstraliyanın Melburn şəhərində “İnternet texnologiyaları və cəmiyyət” (İTS 2016) mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın təşkilatçılığı ilə keçirilən konfrans “İnternet texnologiyaları”, “İnformasiyanın idarəolunması”, “E-cəmiyyət və rəqəmsal fərq”, “E-biznes”, “E-kommersiya”, “E-təhsil”, “Yeni media və e-cəmiyyət”, “Elektron cəmiyyətdə rəqəmsal xidmətlər”, “E-dövlət, e-idarəçilik və e-səhiyyə”nin müxtəlif aspektlərini əhatə edən 9 əsas bölmədən ibarətdir.

Konfransa məqalələr 3 oktyabr 2016-cı il tarixinədək qəbul edilir. Təqdim olunmuş məqalələr İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın Rəqəmsal Kitabxanasında öz əksini tapacaq, o cümlədən “INSPEC”, “Elsevier”, “EI Compendex”, “Scopus”, “Thomson Reuters”, “Web of Science”, “EBSCO” kimi beynəlxalq elmi bazalarda indeksləşəcək.

Müraciət üçün qeydiyyat formasını buradan doldurmaq mümkündür.

(Visited 1 times, 1 visits today)