İspaniyanın Malaqa Universitetinin nümayəndəsi UNEC-də görülən işləri müsbət dəyərləndirib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS (UNIVIA) layihəsinin təbdirlər planı çərçivəsində  monitorinq görüşü keçirilib. UNEC-in Beynəlxalq  əlaqələr departamentində keçirilən görüşdə iştirak edən İspaniyanın Malaqa Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Xuan Camçeka layihə çərçivəsində həyata keçirilən tədbirlərdən söz açıb. Son iki ildə UNEC-də təhsilin keyfiyyətinin artırılması sahəsində, beynəlxalq əlaqələr istqamətində dinamik, uğurlu inkişafını müsbət qiymətləndirib. UNEC-in QS-in İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya regionunda təhsil müəssisələri arasında nüfüzlü yerə yüksəlməsini görülən uğurlu işlərin nəticəsi kimi dəyərləndirib.

Qeyd: Layihənin digər Azərbaycan tərəfdaşları olan Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetlərində də monitorinq görüşləri keçiriləcək.

(Visited 1 times, 1 visits today)