“Məktəb icmaları” layihəsi çərçivəsində yeni seminar keçiriləcək

Oktyabrın 3-də Təhsil Nazirliyinin təşəbbüsü ilə “Community.az” portalı “Məktəb İcmaları” layihəsi çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirəcək.

Seminarın təşkilində əsas məqsəd valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır.

Seminarda Almaniyanın Psixoloqlar Assosiasiyasının üzvü, Berlində fəaliyyət göstərən “Ailə və təhsil” mərkəzinin müşaviri Qalina Heinzelmannın məruzə ilə çıxışı nəzərdə tutulub.

Tədbirdə iştirak etmək istəyənlər nigar.aliyeva@community.az elektron ünvanı və yaxud +(99412)3100322; +(99451)6993996 telefon nömrələri ilə əlaqə saxlamaqla qeydiyyatdan keçə bilərlər.

(Visited 1 times, 1 visits today)