Məktəb yarmarkasında dərs vəsaitləri, müxtəlif ləvazimatlar güzəştli qiymətlərlə təklif olunacaq

14732307363561710119_1000x669

Sentyabrın 8-dən 11-dək Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), Yasamal Rayon Bələdiyyəsinin və Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin dəstəyi ilə “Community.az” portalı tərəfindən “Məktəb icmaları” layihəsi çərçivəsində məktəb yarmarkası keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Milli Ensiklopediya Mərkəzində keçiriləcək yarmarkada müxtəlif müəssisələr və təşkilatlar təmsil olunacaqlar.

Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir. Yarmarka zamanı məktəb ləvazimatlarının, dərsliklərin, kitabların satışı və müxtəlif həvəsləndirici aksiyaların keçirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.