“Maarifçi” Tələbə Kredit Fondu ilə Xəzər Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

“Maarifçi” Tələbə Kredit Fondu ilə Xəzər Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, tərəfdaşlığa əsasən, artıq Xəzər Universitetinin aztəminatlı ailələrindən olan tələbələr də təqdim olunan təhsil kreditlərindən faydalana biləcəklər.

Xəzər Universiteti fonda qoşulan ilk özəl universitetdir. Beləliklə, fondun əməkdaşlıq etdiyi universitetlərin sayı 11-ə çatıb.

“Maarifçi” Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib. Tələbələr üçün yaradılmış fondun missiyası aztəminatlı ailələrdən olan gənclərə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

(Visited 3 times, 1 visits today)