“MÜASİR TÜRKOLOJİ TƏDQİQATLAR: PROBLEM VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ ELMI KONFRANS KEÇİRİLƏCƏK

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 21-22 noyabr 2016 -ci il tarixlərində Bakı şəhərində Gənc türkoloqların I Türkoloji Qurultayının 90 illiyinə həsr olunan “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” adlı Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Konfrans, dünyanın böyük coğrafi məkanında yaşayan çoxsaylı türk xalqlarının tarixinə, mədəniyyətinə və s. dair aparılmış elmi-tədqiqat işlərinin nəticələrinin qlobal miqyasda müzakirəsinə nail olmaq məqsədini daşımaqla bərabər, dünyanın müvafiq elmi-tədqiqat mərkəzlərinin və təhsil müəssisələrinin gənc araşdırmaçılarını bir araya gətirilməsini hədəfləyir.

Tədbirin Elmi Təşkilat Komitəsi akademik institut və təşkilatların, həmçinin elmi-istehsalat müəssisələrin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərini Forumda fəal iştirak etməyə dəvət edir.

Forumla bağlı məlumatları burdan yüklə.

(Visited 1 times, 1 visits today)