Özü təmizlənən parça hazırlanıb

Bir neçə ildən sonra geyimlərin yuyulması və ya kimyəvi təmizlənməsinə ehtiyac qalmayacaq. Belə ki, Melburn Universitetinin (Avstraliya) alimləri parçanı örtən xüsusi nanostruktur hazırlayıblar. Şüalanma zamanı mis və gümüşdən ibarət nanotoz bir neçə dəqiqə ərzində çirklənməni aradan qaldıran sərbəst elektronları ayırır. Təcrübədə günəş şüaları ilə yanaşı, işıq diodlarından da istifadə edilib.

Наука и жизнь” jurnalının məlumatına görə, özü təmizlənən parçalar boya, mürəkkəb və sous ləkələrində sınaqdan keçirilib.