“Qərb Bilik Akademiyası” tədris mərkəzi fəaliyyətə başlayıb

Qərb Universitetinin nəzdində “Qərb Bilik Akademiyası” tədris mərkəzi fəaliyyətə başlayıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, mərkəzdə abituriyent, magistr, xarici dil, dövlət qulluğuna hazırlıq kursları və xaricdə təhsil təklif edilir. Dərslər xüsusi təlim keçmiş peşəkar müəllimlər tərəfindən aparılacaq. Mərkəzin sınaq imtahanlarında yüksək bal toplayanlara güzəşt edilməsi, mükafatların verilməsi, burada hazırlıq keçən abituriyentlərin xarici ölkələrə qısamüddətli səfərlərinin təşkil olunması nəzərdə tutulur. Abituriyent hazırlıqlarına üzv olan gənclər universitetdəki tədris prosesini müşahidə edə və təhsil ocağının kitabxanasından yararlana bilərlər.

“Qərb Bilik Akademiyası” haqqında əlavə məlumatı linkindən əldə etmək olar.

(Visited 4 times, 1 visits today)