“Qovulan tələbələrlə bağlı mətbuata məlumat yayacağıq”

“Təfəkkür” Univeristetində 40-a yaxın tələbənin qovulması xəbəri yalandır.

Bunu İnterpress.az-ın sorğusuna cavab olaraq universitetinin mətbuat xidmətindən məlumat verilib.

Hansı tələbələr ki, təhsil haqqını ödəyə bilməyib,öz xahişləri ilə ərizə yazıb təhsilini dayanadırdıqlarını bildiriblər. Bunlar arasında təhsillərini dayanıdırıb hərbi xidmətə gedənlər ola bilər:

“Ancaq öz xahişləri ilə ərizə yazanları sayı bu qədər deyil. Bununla bağlı mətbuata yaxın saatlarda məlumat yayacağıq. Heç kim qovulmayıb”. – deyə təhsil müəssisəsindən bildirilib.

(Visited 1 times, 1 visits today)