Smartfonlar superkompüter olacaq

best-htc-smartphones-under-20kÇox sayda fərdi kompüterin boş hesablama resurslarından istifadə üzrə layihələr bütün dünyada müxtəlif elmi məsələlərin həlli məqsədilə uzun müddətdir ki, reallaşdırılır.

Открытые системы” jurnalının məlumatına görə, “HTC” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən smartfonlar əsasında eyni layihəni həyata keçirməyə hazırlaşır. Milyon sayda “HTC One” smartfonunun ümumi hesablama gücü təxminən bir petaflopsa – dünyanın ən güclü 30 superkompüteri siyahısına daxil olan superkompüterin gücünə uyğundur. Belə resursdan istifadə tibdə və digər sahələrdə əhəmiyyətli məsələlərin həlli müddətini əhəmiyyətli dərəcədə azalda bilər.

Hesablama şəbəkəsinə qoşulmaq üçün smartfonun sahibindən “Google Play” mağazasından “HTC Power To Give” proqramını quraşdırmaq tələb olunur.

Smartfonun sahibi öz istəyinə uyğun olaraq smartfonunun resurslarını verəcək layihəni seçə bilər. Məsələn, “IBM World Community Grid” layihələri arasında xərçəng və QİÇS-ə qarşı dərmanların hazırlanması, suyun təmizlənməsi üçün nanofiltrlər və digər əhəmiyyətli məsələlərlə bağlı layihələr mövcuddur.