Sosial şəbəkələr uydurma xəbərlərlə mübarizə aparacaq

p2205-500x282“Facebook” sosial şəbəkəsi və “Twitter” mikrobloqlar servisi özündə 30-dan çox media şirkətini birləşdirən, məqsədi sosial şəbəkələrdə uydurma xəbərlərin yayılması ilə mübarizə aparmaq və informasiyanın keyfiyyətinin yaxşılaşdırılması olan ittifaqa qoşulub.

hitech.newsru.com saytının məlumatına görə, söhbət ötən ilin iyununda “Google” şirkətinin dəstəyi ilə istifadəyə verilən “First Draft Coalition” layihəsindən gedir. O zaman layihə müəllifləri şirkətlər üçün praktiki təlimat yazacaqlarını, sosial şəbəkə istifadəçiləri arasında media savadlığının inkişafı ilə məşğul olacaqlarını, eləcə də istifadəçilərin xəbərləri təsdiq və ya inkar etmələri üçün platforma işə salacaqlarını bəyan ediblər.

Təşkilatın idarəedici direktoru Cenni Sarcentin sözlərinə görə, platformanın oktyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Layihədə “Facebook” və “Twitter” ilə yanaşı, “New York Times” və “Washington Post” qəzetləri, “BuzzFeed News” nəşri, “AFP” agentliyi və “CNN” telekanalı iştirak edir.

Qeyd edək ki, “Facebook” və “Twitter” uydurma xəbərlərin yayılmasına görə dəfələrlə tənqid olunub

(Visited 1 times, 1 visits today)