“Twitter” istifadəçiləri videolarla pul qazanacaq

thumb_20160831045339854Artıq “Twitter” bloqgerlərə videodakı reklamlardan qazanc əldə etməyə imkan yaradır.

Akademik.az lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin nümayəndələri məlumat verib.

Yeni funksiya artıq bir həftədir fəaliyyətə başlayıb. Öz şəxsi videolarını yerləşdirərək pul qazanmaq istəyənlər səhifədə bununla bağlı xüsusi qrafanı qeyd etməlidir.

Qazanılan vəsaitin həcmi baxış sayından və reklamverənin saytına keçidin sayından asılı olacaq. Bu vəsaiti nağdlaşdırmaq üçün istifadəçi öz akkauntunu elektron pul kisəsinə qoşmalıdır.

Qeyd edək ki, “Twitter” öz istifadəçiləri üçün olduqca sərfəli şərtlər təqdim edir. Orada yerləşdirilən reklamdan əldə olunan gəlirin 70 faizi istifadəçiyə çatır. “YouTube”da isə bu rəqəm cəmi 55 faiz təşkil edir.