UNEC-in magistrı Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrı Berlin Nümayəndələr Palatası Tədqiqat Fondunun qrantını qazanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin türk dünyası işlətmə fakültəsi Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrı Semra Nusal Berlin Nümayəndələr Palatası Tədqiqat Fondunun qrantını qazanan ilk azərbaycanlıdır. O, 2015-cı ilin dekabrında bu proqram üçün alman dilində hazırladığı “Dayanıqlı turizmin dayanıqlı rəqabət baxımından dəyərləndirilməsi” mövzusunda çıxışı ilə qalib gələrək, Azad Berlin Universitetində (Freie Universität Berlin) elmi tədqiqat aparmaq hüququnu qazanıb. Semra Nusal Almaniyanın elmi fəaliyyət üsulları ilə tanış olacaq, bu ölkənin Nümayəndələr Palatası və Azad Berlin Universitetinin əməkdaşları ilə birgə dəyərli elmi təcrübələrə yiyələnəcək.

Təqaüd proqramında iştirak üçün ABŞ, Böyük Britaniya, Fransa və postsovet ölkələrindən müraciət edən namizədlərdən yalniz 15-i qalib olub.

(Visited 3 times, 1 visits today)