Xəzər Universititenin müəllimi təhsilini təqaüd proqramı ilə Avstraliyada davam etdirəcək

Xəzər Universitetinin Kimya mühəndisliyi və Neft mühəndisliyi departamentlərinin müəllimi Mohammad Mehdi Zarei Avstraliyanın Nyukasl Universitetində təhsilini davam etdirmək üçün tam təqaüd proqramı qazanmışdır.

Məhəmməd Mehdi Zarei kimya mühəndisliyi üzrə magistr dərəcəsini İranın Sistan və Bəlucistan Universitetində almışdır. 2014-cü ilin aprelində Xəzər Universitetində fəaliyyətə başlamazdan əvvəl Mohammad Mehdi Zarei İranın iki universitetində − İslam Azad və Mərdəvşt universitetlərində üç il müddətində çalışmışdır. Xəzər Universitetində çalışdığı müddətdə Mehdi Zarei bakalavr səviyyəsi üzrə kimya mühəndisliyi, istilikötürmə, kütlə transferi, termodinamika və modelləmə və simulyasiya fənlərini tədris etmişdir.

Mohammad Mehdi Zareinin tədqiqat maraqlarını təşkil edən sahələr sırasına kimya proseslərinin modelləşdirilməsi, suyun təmizlənməsi və rezervuar simulyasiyası daxildir. Xəzər Universitetində çalışdığı vaxtda Mehdi Zarei bir neçə laboratoriyaların qurucularında biri olmuşdur. Bu labaratoriyalar sırasında Neft və kimya eksperimental tədqiqat laboratoriyası, Xəzər Tədqiqat Hesablama Mərkəzi, Modelləşdirmə və simulyasiya laboratoriyası var. Mehdi Zarei, o cümlədən, Kimya mühəndisliyi departamentinin yaradılmasında da yaxından iştirak etmişdir.

Mehdi Zareinin beynəlxalq təcrübəsinə müxtəlif konfranslarda iştirak daxildir – ən son Neft Mühəndisliyi Cəmiyyətinin illik Xəzər Texniki konfrans və sərgisində (Bakı, 4-6 noyabr, 2015-ci il) və Kimya Mühəndisliyi Amerika İnstitutunun illik konfransında (Solt Leyk siti, 8-13 noyabr, 2015-ci il) iştirak etmişdir.

Mehdi Zarei kimya və neft mühəndisliyi eksperimental tədqiqat labaratoriyası sahəsində təqiqatını daha da dərinləşdirmək üçün doktorluq üzrə tədqiqat aparmaq qərarına gəldikdən sonra Nyukasl Universitetindən təqaüd qazanmışdır.

Doktorluq dərəcəsini qazandıqdan sonra Mehdi Zarei Xəzər Universitetində başladığı işləri davam etdirməyi və tədqiqatını genişləndirməyi planlaşıdırır.

(Visited 1 times, 1 visits today)