Xarici investorların Azərbaycana marağı artıb

2016-cı ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5 575,1 mln. manat vəsait yönəldilib.

Report.az məlumat  verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmində 24,6% artım qeydə alınıb.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 848,7 mln. manatı və ya 87,0 %-i Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 999,1 mln. manat vəsait yönəldilib. Ümumi sərmayənin 28,6%-i dövlət, 71,4%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 38,0%-ni təşkil edib.