Բարև Ձեզ… Ոնցեք…. – Bakıda erməni dilində danışanlar

Adam kişi olar! Tələbədən Sarkisyana müraciət…

Yolumuz Bakı Dövlət Universitetinədir. Məqsədimiz Azərbaycanda erməni dilində təhsil alan tələbələrlə görüşdür. Axı düşmənə qarşı mübarizə onun dilindən başlayır. Artıq universitetin inzibati binasındayıq. İlk müsahibimiz “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, Tarix elmləri doktoru, professor İradə Hüseynovadır. Onunla erməni dilini öyrənmək istəyən tələbələrə yaradılan şəraitlə bağlı danışırıq.
Professor İradə Hüseynova : “ Qafqaz xalqlarının tarixini, dilini bilmək, öyrənmək, tədris etmək vacib məsələlərdən biridir.”

Universitetdə fəaliyyət göstərən Erməni Araşdırmaları Laborotariyasının rəhbəri, Tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Müəllimi İradə Hüseynova Erməni dilinin tədrisinin tarixi barədə məlumat verir.

– Bakı Dövlət Universitetinin Tarix fakültəsində 2005/2006-ci tədris ilindən erməni dilinin tədrisi başlayıb. Hələ 2006-cı ildə bu fənn 25 nəfərlik 1 qrupda tədris olunurdu. Eyni zamanda həmin tarixdən gürcü dili də tədris olunurdu. Fakültəni erməni dili üzrə ilk buraxılışı 2009-cu ildə olub. Əlifba ilə bərabər lüğət üzərində çalışmalar aparılır. Nəticə etibarı ilə tələbələr həm əlifbanı öyrənir, həm də danışmaq üçün söz ehtiyyatı əldə edir. Sonradan isə tələbəyə oxu mətnləri təqdim olunur.

4

2011-ci ildə Qafqaz xalqları tarixi kafedrası yaradıldı. Qafqaz xalqları kafedrasında bu sahə üzrə yüksək ixtisaslı və səriştəli professor müəllim heyyəti fəaliyyət göstərir.

Eyni zamanda Bakı Dövlət Universiteti rektorunun, akademik Abel Məhərrəmovun əmri ilə 21 fevral 2012-ci ildə “Qafqaz xalqları tarixi” kafedrası nəzdində “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyası yaradılmışdır. “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyası bilavasitə mənim rəhbərliyim ilə fəaliyyət göstərir.

Belə bir mərkəzin yaradılmasında əsas məqsəd erməni məsələsi ilə bağlı ən aktual tariximizin problemlərin öyrənilməsi, Azərbaycan ictimaiyyətinin Ermənistanda baş verən ictimai-siyasi prosesləri təhlil etmək, elmi ictimaiyyəti xəbərdar etmək, Ermənistan dövlətinin və erməni diasporunun xarici ölkələrdə Azərbaycana və türk dünyasına qarşı apardığı destruktiv fəaliyyətinin elmi cəhətdən, faktlarla, arqumentlərlə ifşa olunması və bu müstəvidə tədqiqatların aparılmasıdır.
Erməni dilini tədris edənlər, 60-cı illərdə Azərbaycanda V.İ.Lenin adına Pedaqoji İnstitutun ibtidai sinifin pedaqogika və psixologiya fakültəsinin erməni dili bölməsini bitiriblər. Yəni, bu dili professional səviyyədə bilirlər.

Bakıda, Gəncədə, Sumqayıtda və digər iri şəhərlərdə erməni dili məktəbləri fəaliyyət göstərirdi. Amma mənfur qonşularımız bunların əvəzinə bizi hədəfə aldırlar, düşmən obrazı yaratmağı cəhd etdilər. Moskvada şərqşünaslıq institutunda şərq ölkələrinin, xüsusilə də Türkiyə və Azərbaycanın tarixi ilə məşğul olanların 90 faizi ermənilərdir.

Hazırda tələbələr II kursda gürcü dilini, III kursda isə erməni dilini öyrənirlər. Erməni dilinin tədrisi və erməni dilini bilən mütəxəsislərin yetişdirilməsi vacib məsələlərdən biridir.

“բարեւ Ձեզ” “barev dzez” ( salam)…

İlk görüşdə xoş təəssürat bağışlayan İradə xanımla ayrılıb tələbələrin dərs keçdiyi auditoriyaya yolanırıq. Bizi burada illərini təhsilə həsr etmiş, erməni dilini tələbələrə tədris edən Xalid müəllim qarşılayır. İlk baxışdan hiss olunur ki, o da bu görüşdən məmnundur. Otaqda əyləşən tələbələrsə çox həyəcanlıdırlar. Gözləmədikləri məqamda mətbuata müsahibə verməlidirlər. Erməni dilində az-çox bildiyimdən onlara “բարեւ Ձեզ” “barev dzez” ( salam) deyirəm. Onlarsa təəcüblərini gizlətmirlər. Tələbələrlə tanışlıqla reportajımıza başlayırıq. Onlar erməni dilini öyrənməyə yenicə başlasalar da çox həvəslidirlər. Müsahibə üçün ürəkli tələbə axtarıram. Xalid müəllim mənə Səidə adlı qrup nümayəndəsini işarə edərək onun ürəkli olduğunu deyir.

– Necə oldu ki, erməni dilini seçdiniz?

– Düşməni öyrənmək üçün onun dilindən başlamaq lazımdır.

– Hansı səviyyədə bilirsiniz?

– Təzə başlamışıq. Hərfləri və sözləri öyrənirik. Hər şey maraqlıdır.

Bu arada bir tələbə diqqətimi cəlb edir. Baxışından hiss edirəm ki, deyəcəkləri var. Yaxınlaşdığım tələbəMəhəmmədəli Qasımzadədir. O deyir ki, düşməni məhv etmək üçün onun dilini bilmək vacibdir. Bu səbəbdən də düşmənin dilini öyrənir. Məhəmmədəli erməni dilini öyrənməklə düşmənlə informasiya müharibəsində daha böyük qələbələr əldə etmək istəyir. Artıq yazmağı və oxumağı da bilir.

Erməni dilini öyrənən növbəti tələbə David Nuraşvilidir. O artıq bir sıra sözləri, yazımağı və oxumağı bilir. Bizim üçün erməni dilində dialoqlar da oxuyur. Onun da məqsədi düşmənin öz dilindən özünə qarşı istifadə etməkdir.

Tələbələrlə qısa söhbətdən sonra birlikdə erməni dilində ayların yazılışını öyrənirik. Erməni dilini yenicə öyrənməyə başlayan Arzu Hüseynəliyevanın sözlərinə görə erməni əlifbasını 2 günə öyrənmək mümkündür. Lakin o erməni dilində olan çətinlikdən də gileyləndi.

“Erməni hərflərini iki günə öyrəndim. Ancaq bəzi hərflərdə çətinlik çəkdim. Məsələn “եւ, և” (yev) və “ո” (vo) hərflərinə digər dillərdə rast gəlməmişəm. Amma digər hərfləri asanlıqla öyrəndim. Erməni dili nə qədər çətin olsa da, bunu öyrənməliyəm. Çünki düşmənimizin dilidir. Müəllimiz də peşəkar olduğu üçün çətinliyimiz olmur.”

Tələbələrim güc nazirliklərində işləyir…

Müəllimdən söhbət düşmüşən, Xalid müəllimlə daha yaxından tanış olaq.

1941-ci ilin sentyabrın 15-də Qərbi Azərbaycanın Qırmızıkənd rayonunun Göyçay kəndində, Qarqoyunlu mahalında anadan olan Xalid müəllim ilk təhsilini erməni dilində alıb. Məktəb yaşına çatanda Qərbi Azərbaycanın İcevan rayonunun Uzuntala kəndinə köçüblər. 10-cu sinfi bitirəndən sonra məlum hadisələrdən sonra Bakıya köçüblər.

– Xalid müəllim, bir tələbənin erməni dili öyrənməsi üçün nə qədər vaxt lazımdır?

– Bu istəkdən və tələbədən asılıdır. Daha çox marağı olan şəxs bu dili daha tez öyrənə bilər. Ümumilikdə götürdükdə 3-6 ay müddətində erməni dilini öyrənmək olar. Artıq 11-ci ildir ki, tələbələrə erməni dilini tədris edirəm. Hər il erməni dili üzrə 15 tələbə hazırlayıram.

– Sizin yetişdirdiyiniz tələbələr harada çalışır?

– Tələbələrimdən güc nazirliklərində çalışanlarla yanaşı, radioda, mətbuatda çalışanları da var.

– Bir ziyalı kimi erməni ictimaiyyətinə nə müraciət edərdiniz?

– Biz türkük, azərbaycanlıyıq. Ermənilər bizimlə mehriban, qonşu münasibətində yaşayanda vəziyyətləri yaxşı idi. Onlara çağırış edirəm ki, çirkin əməllərindən əl çəksinlər. İşğal etdikləri torpaqlarımızdan çəkilsinlər. Biz müharibə yox, sülhü dəstəkləyirik.

Xalid müəllimlə qısa müsahibə zamanı bizdən sağda əyləşən tələbələrin öz aralarında aşağı səslə Sarkisyan haqqında nəsə danışdıqlarını eşidirəm.Elə buna görə də, onlara yaxınlaşıram.

Adam kişi olar! Tələbədən Sarkisyana müraciət…

Sarkisyana nə sözünüz var? sualı ilə tələbə Fuad Məmmədova müraciət edirəm .

– Sarkisyan düşmən ölkənin prezidentidir. Onun əli uşaq qanına batıbsa, ona nə sözüm ola bilərki? Bircə onu deyim ki, kimlərəsə çox da güvənməsin. Adam kişi olar!

Bu arada söhbətə digər tələbə Aslan Musayev də qoşulur. O gələcəyin əsgəri kimi ermənilərdən qisasını alacağını deyir. Bunun üçün zamanın yetişdiyi günü gözlədiyini söyləyir. Bunun üçün ilk öncə erməni dilini öyrənməyin vaxib olduğunu deyir. Aslan Musayev erməni dilində “Ես քեզ սիրում եմ՝ Ադրբեջան”- “ Mən səni sevirəm, Azərbaycan!” cümləsi ilə fikrini tamamlayır.

Bakı Dövlət Universitetindən erməni dilində təhsi alan tələbələrlə reportajımız müəllim və tələbələr birlikdə “Biz türkük, azərbaycanlıyıq! Erməni bizim düşmənimizdir!” şüarı ilə bitir. Artıq zəng çalınır… Biz tələbələrə dərslərində uğurlar arzulayıb, onlardan ayrılırıq.

 

https://www.youtube.com/watch?v=2ChAmYrtc5U

 

Miri Məcidli
Video: Elvin Abdulla
Montaj: Şahverdi Şirinli
Femida.az

(Visited 49 times, 1 visits today)