ADNSU ilə Türkiyənin Yunus Emre İnstitutu arasında əməkdaşlıq genişlənir

Oktyabrın 11-də Türkiyənin Yunus Emre İnstitutu Azərbaycan təmsilçiliyinin müdiri İbrahim Yıldırım və digər nümayəndələr Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı universitetdə təhsil alan əcnəbi tələbələr barədə ətraflı məlumat verib.

Rektor ADNSU-nun beynəlxalq əlaqələri, Türkiyə universitetləri, o cümlədən Yunus Emre İnstitutu ilə ikitərəfli əməkdaşlığı barədə danışıb.

Görüşdə “Mövlanə” proqramı və tələbə mübadiləsi, ADNSU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlığın genişləndirilməsi imkanları, yeni planlar müzakirə olunub, birgə proqramın yaradılması məsələsi müsbət dəyərləndirilib.

İ.Yıldırım Yunus Emre İnstitutunun ADNSU ilə əməkdaşlığına xüsusi əhəmiyyət verdiklərini vurğulayıb.

Sonra geniş fikir mübadiləsi aparılıb.

(Visited 1 times, 1 visits today)