Alimlər birgə elmi araşdırmaların yollarını müzakirə ediblər

Azərbayca Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) laboratoriya müdiri, akademik Asəf Haciyev Hong-Kongun City və Çinin Siçuan Universitetlərində elmi ezamiyyətdə olub.

Azərbaycanlı alim  A.Haciyev City Universitetində təşkil olunmuş seminarda çıxış edib. ABŞ-ın Stanford və C.Vaşington Universitetlərinin professorlarının iştirak etdikləri tədbirdə tətbiqi statistikanın müasir problemləri istiqamətində müəlliflərin aldıqları son elmi nəticələr müzakirə olunub.

Alim Siçuan Univesitetində mühazirələr oxuyub, ehtimal nəzəriyyəsi və tətbiqi statistika sahəsində aldığı son nəticələri tədbir iştirakçılarına təqdim edib. Görüşdə ABŞ, Yaponiya, Cənubi Koreya universitetlərinin tanınmış alimləri ilə birgə elmi araşdırmaların yolları müzakirə olunub.

(Visited 1 times, 1 visits today)