Amerikalı musiqiçi və yazıçı Nobel mükafatına layiq görülüb

Amerikalı musiqiçi və yazıçı Bob Dilan ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

www.nobelprize.org saytı xəbər verir ki, Bob Dilan yaradıcılığı ilə Amerika musiqi ənənəsində yeni poetik ifadələr yaratdığına görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, 2015-ci ildə bu mükafatın laureatı ukraynalı yazıçı Svetlana Aleksiyeviç olub.