Azərbaycan alimi Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Hüseyn Qurbanov Rusiya Federasiyasının Soçi şəhərində Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) payız sessiyasında iştirak edib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə H.Qurbanova RTEA-nın müxbir üzvü diplomu təqdim edilib, həmçinin M.Lomonosov və D.Mendeleyev adına medallarla təltif olunub, ona “Əməkdar elm və təhsil xadimi” fəxri adı verilib.

 

(Visited 1 times, 1 visits today)