“Azərbaycan geologiya elminin korifeyləri” kitabı çapdan çıxıb

zərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən “Azərbaycan geologiya elminin korifeyləri” kitabı (315 səhifə) nəşr olunub. Kitab “Nafta-Press” nəşriyyat evində çapdan çıxıb.

GGİ-dən AZƏRTAC-a bildiriblər ki, nəşrdə Azərbaycan geologiya elminin inkişafında mütərəqqi rol oynamış, geoloji elmi məktəb yaratmış, dünya geologiyasına elmi töhfələr vermiş geoloq alimlərin – AMEA-nın həqiqi üzvlərinin həyat və yaradıcılığı haqqında onların tələbələrinin və davamçılarının xatirələri əksini tapıb.

Kitabın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

(Visited 4 times, 1 visits today)