Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Çexiyaya səfər edib

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Çexiyaya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin elm və təhsil məsələləri üzrə müavini Pavel Belobradek ilə görüşüb. Tərəflər elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib, iki ölkənin təhsil müəssisələri və tədqiqat mərkəzləri arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə xüsusilə iki ölkənin təhsil müəssisələrinin əməkdaşlığı çərçivəsində birgə qrant layihələrinə müraciət edilməsi, elmi işçilərin mübadiləsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə elm sahəsində əldə olunmuş təcrübənin bölüşdürülməsi ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışılıb.

Tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev iştirak edib.

Akademik A.Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Çexiya Elmlər Akademiyasının vitse-prezidentləri Vladimir Mareçek və Yan Şafanda ilə görüşüb. Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Pərvanə Qarayeva

 

(Visited 1 times, 1 visits today)