“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı olacaq

Oktyabrın 13-də saat 11:00-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Prezident Kitabxanası və Azərbaycan Tarixçiləri İctimai Birliyidir.

Ünvan: Bakı şəhəri, Nizami küçəsi 58.