Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Dağıstan Dövlət Universitetinin 85 illiyinə həsr edilən “Xəzər-dostluq və ümid” adlı beynəlxalq elmi –praktik konfrans keçirilib.
Tədbirdə ölkəmizi təmsil edən AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov “Xəzər dənizində antropogen evtroplaşmanın oksigen rejiminə təsiri”mövzusunda məruzə ilə çıxış edib.
Natiq Xəzər dənizinin ekaloji sabitliyini, zəngin fauna–florasını qorumaq üçün Xəzəryanı ölkələrin əməkdaşlığının vacibliyini vurğulayıb, xəzərin ekaloji vəziyyətinə mənfi təsir edən başlıca antropogen faktorlardan olan oksigen məsrəfinin artması səbəblərinə qarşı birgə tədbirlər planının əhəmiyyətinə diqqət çəkib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, dünyanın müxtəlif yerlərindən olan elm adamlarının bir araya gəlməsi gələcəkdə ölkələr arasında əlaqələrin genişlənməsi və möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir.