Azərbaycanlı alim robot düzəltdi – Hərbidə istifadəsi mümkün olacaq – Video

Azərbaycan Texniki Universitetinin baş müəllimi yeni bir qurğu yaradıb. 

“Distant Müşahidə Robotu” adlanan qurğu bu gün təhsil sərgisində nümayiş olunub.  500 metrdən idarə olunan robotun gəzdiyi yerləri müşahidə məntəqəsindən izləmək mümkündür. Həmin görüntülər CD karta köçürülür ki, sonra lazımi məlumatlara təkrar baxmaq mümkün olsun.

Robotun yaradıcısı Vüqar Hüseynli deyir ki, həmin qurğunu daha da inkişaf etdirəcək ki, gələcəkdə hərbidə istifadə etmək mümkün olsun.