Azərbaycanlı alim Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

AMEA-nın Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Türkiyənin Konya şəhərində elmi ezamiyyətdə olub. O, Türkiyənin Konya Necmettin Erbakan Universiteti və Atatürk Mədəniyyət Mərkəzinin birgə təşkil etdikləri “Orta çağ İslam dünyasında səyyahlar və səyahətnamələr” beynəlxalq konfransında iştirak edib.

Azərbaycanlı alim, həmçinin yeni fəaliyyətə başlamış Konya Elm Mərkəzində də olub. AMEA-nın Elm Tarixi İnstitutu ilə mərkəz arasında əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

(Visited 1 times, 1 visits today)