Bakı Dövlət Universitetinin əməkdaşı Malayziyada beynəlxalq tədbirdə çıxış edib

Malayziyada Birinci Dünya Müsəlman Qadınlar zirvəsi və sərgisi keçirilib.

Dünya İslam Forumu, Malayziya Beynəlxalq İslam Universiteti, Xarici İşlər və Ailə nazirlikləri, İslami İnkişaf Şöbəsi və Türkiyə Mərkəzi Qadın QHT təşkilat komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə sülhün inşası və sosial fəaliyyətlərdə qadının və onun fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr aparılıb.

Tədbirdə BDU-nun psixologiya kafedrasının dosenti Kəmalə Qəhrəmanova “İslam əxlaqı və gender münasibətləri” mövzusunda məruzə ilə çıxış edib.

(Visited 1 times, 1 visits today)