Bakıda növbəti beynəlxalq təhsil sərgisi açılacaq

Oktyabrın 15-də Bakıda Türkiyənin məşhur “Akare İnternational Education Fairs” şirkətinin təşkilatçılığı ilə beynəlxalq təhsil sərgisi açılacaq.

İki gün davam edəcək sərgidə 50-dən çox xarici ali təhsil müəssisəsi təmsil olunacaq.

“Park İnn Hotel”də keçiriləcək sərgidə Türkiyə, Şimali Kipr, Avstraliya, İngiltərə, İsveç, Rumıniya, ABŞ və başqa ölkələrin universitetləri iştirak edəcək. Sərgi çərçivəsində təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində təhsil, həyata keçirilən proqramlar, tələbələr üçün yaradılan şərait, üstünlüklər və digər məsələlərlə bağlı sualları cavablandıracaqlar.

Sərgidə təhsil sahəsində beynəlxalq təcrübə proqramları haqqında məlumat verilməsi də nəzərdə tutulur.

 

(Visited 1 times, 1 visits today)