Bakıda növbəti beynəlxalq təhsil sərgisi açılıb

Oktyabrın 15-də Bakıda Türkiyənin məşhur “Akare İnternational Education Fairs” şirkətinin təşkilatçılığı ilə növbəti beynəlxalq təhsil sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, ABŞ, Fransa, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və digər ölkələrdəki universitetlərin təmsilçiləri iştirak edirlər.

Təhsil müəssisələrinin nümayəndələri sərgi çərçivəsində təşkil olunan seminarlarda təmsil etdikləri qurumlarda həyata keçirilən təhsil proqramları, tələbələr üçün nəzərdə tutulan güzəştlər, üstünlüklər və s. məsələlər barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

İki gün davam edəcək sərgidə 23 ali təhsil müəssisəsi təmsil olunur.

“Akare İnternational Education Fairs” şirkəti 2001-ci ildən Azərbaycan, Türkiyə, Qazaxıstan və başqa ölkələrdə təhsil sərgiləri təşkil edir.

 

 

(Visited 1 times, 1 visits today)