Botanika İnstitutunun ETKT üzrə Regional Təlim və Resurs Mərkəzi beynəlxalq assosiasiyaya daimi üzv qəbul edilib

AMEA Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təlim və Resurs Mərkəzi Ərzaq Keyfiyyəti və Sağlamlıq üzrə Beynəlxalq Assosiasiyaya daimi üzv qəbul olunub.

Assosiasiya tərəfindən ETKT üzrə Regional Təlim və Resurs Mərkəzinin sədri, professor Amin Babayev qurumun gələn ilin fevral ayında Almaniyanın Nürnberq şəhərində keçiriləcək ümumi yığıncağına dəvət alıb.

Qeyd edək ki, Botanika İnstitutunun ETKT üzrə Regional Təlim və Resurs Mərkəzi 25 may 2016-cı il tarixində yaradılıb. Mərkəz regionda sağlam ekoloji mühitin bərpasına və inkişafına dəstək verir. Həmçinin region əhalisinin sağlam həyat tərzinin inkişaf etdirilməsi üçün əlverişli sosial şəraitin möhkəmləndirilməsinə yardım etməyi hədəfləyir.

(Visited 1 times, 1 visits today)