Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Sertifikatlı İctimai Mühasiblər Assosiasiyası (ACCA) arasında müqavilə imzalanıb.
Sənədə əsasən, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin mühasibat uçotu və audit ixtisasında təhsil alan tələbələrə F1-F4, maliyyə ixtisasının tələbələrinə isə F1-F3 dərəcələri üzrə azadolma təqdim ediləcək. Bununla yanaşı, tələbələrə ASSA qeydiyyatı üzrə endirimlər də veriləcək. Tələbələr qeydiyyatdan onlar üçün ayrılmış xüsusi kodlarla keçəcəklər.
ACCA-nın Ukrayna, Belarus və Qafqaz ölkələri üzrə rəhbəri xanım Janetta Onişşuk və biznes əlaqələri üzrə menecer Dmitri Şkolnikovla görüşdə UNEC və ACCA arasında əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilib.
UNEC-in rektoru, professor Ədalət Muradovun təklifi ilə ACCA tərəfindən müəllimlərə treninq keçiriləcək və universitetlər arasında akademik əlaqələr yaradılacaq.