Dünyada ən dəqiq ekran təqdim edilib

Dünyada ən dəqiq ekran təqdim edilib “Sharp” şirkəti “CEATEC 2016” sərgisi çərçivəsində virtual reallıq şlemi üçün 1008 piksel sıxlıqlı ekran təqdim edib. “ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, ekran 2.87 düym diaqonala və 2160×1920 piksel təsvir ölçüsünə malikdir. Məsələn, “Oculus Rift” virtual reallıq şleminin ekranı 1080×1200 piksel təsvir ölçüsünə və 456 nöqtə sıxlığa malikdir. Ancaq şirkət hələ ki kütləvi istehsala hazır deyil, kommersiya nümunələri yalnız bir neçə il sonra əlçatan olacaq. Həmçinin “Sharp” şirkəti ilk “8K” formatlı ekran prototiplərini nümayiş etdirib: 85 düymlük televizor və 27 düymlük monitor. Hər iki qurğu 120 hers yeniləmə tezliyi və 7680×4320 piksel təsvir ölçülü “IGZO” panellərlə təchiz edilib. “8K” indiki “4K” standartının varisidir. Hazırda heç bir televizor bu texnologiyanı dəstəkləmir, ancaq 2016-cı ilin avqustunda yapon telekanalı “8K” təsvir ölçüsündə yayıma başlayıb. Emil Hüseynov