Fizika üzrə Nobel mükafatı laureatının adları açıqlanıb

Fizika üzrə Nobel mükafatı laureatının adları açıqlanıb.

ATV.az-ın məlumatına görə, bu ilki mükafata ABŞ alimləri David Saules, Danken Haldeyn və Maykl Kosterilts layiq görülüb. Onlar bu mükafatı topoloji faza keçidlərinin və topoloji materiyanın fazalarının nəzəri kəşfi sahəsindəki uğurlarına görə alıblar. Nobel Assambleyasının məlumatına görə, mükafatın bir hissəsi Saulesə verilib. Digər hissəsi isə Haldeyn və Kosterilts arasında bölüşdürülüb.

Qeyd edək ki, kimya üzrə Nobel mükafatının qalibi oktyabrın 5-i, sülh üzrə 7-də açıqlanacaq. İqtisadiyyat üzrə Nobel mükafatının qalibinin adına oktyabrın 10-da aydınlıq gələcək. Ədəbiyyat üzrə Nobel mükafatının qalibinin adının açıqlanacağı tarix isə məlum deyil.

(Visited 2 times, 1 visits today)