Gələn il AMEA magistraturasına qəbul aparılacaq yerlərin və ixtisasların sayı 2 dəfə artırılıb

2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul planı layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

 

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqov deyib ki, növbəti tədris ilində magistraturaya qəbul üçün 38 ixtisas üzrə 133 yer sifariş verilib. Onun sözlərinə görə, ötən illə müqayisədə AMEA magistraturasına təqdim olunan ixtisasların və yerlərin sayı 2 dəfə artıb: “2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas üzrə 56 nəfərin qəbul olunub. Nazirlər Kabineti plan yerlərini təsdiq etdikdən sonra magistraturaya qəbul həyata keçiriləcək. Adətən siyahı dekabr ayına qədər təsdiq olunur”.

(Visited 1 times, 1 visits today)