İngilis dili müəllimləri üçün fürsət – DİQQƏT!

Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunda ingilis dili müəllimləri üçün Təlim-esurs Mərkəzinin açılış mərasimi keçirilib.

ATV.az xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts iştirak edib. Mərkəzdə müəllimlərə ingilis dilini ən müasir metodologiya, resurs və texnologiyalara əsaslanaraq tədris etmək üsulları təqdim olunacaq.

Təhsil Nazirinin müavini Ceyhun Bayramov tədbirdə diaqnostik qiymətləndirməyə də toxunaraq, 2017-ci ildə bunun 70%-ə çatdırılacağını qeyd edib.

 

(Visited 1 times, 1 visits today)